Kolumbiyada helikopter qəzaya uğrayıb: Əsgərlər həlak olublar - VİDEO

Kolumbiyada helikopter qəzaya uğrayıb: Əsgərlər həlak olublar - VİDEO
30 2024 14:30

Kolumbiyada helikopter qəzası nəticəsində ölkənin ən böyük narkotik karteli olan “Körfəz Klanı”na (“Gulf Clan”) qarşı əməliyyat çərçivəsində səfərbər olunan doqquz əsgər həlak olub.

Bu barədə ölkə Prezidenti Petro Qustavo özünün “X” sosial şəbəkəsində məlumat verib.

“Cənubi Bolivara qoşun aparan və “Körfəz Klanı”na qarşı əməliyyatlar zamanı eniş edən helikopterin doqquz ekipaj üzvünün həlak olması ilə əlaqədar başsağlığı verirəm”, - deyə dövlət başçısı yazıb.

Kolumbiya Milli Ordusu “Mi-17” helikopterinin ekipajı və sərnişinlərinin həlak olmasına aydınlıq gətirib və ölənlərin siyahısını dərc edib. Qəza Arenal şəhərində baş verib. Helikopter dispetçerlərlə əlaqəni kəsib və fermerlər tərəfindən aşkar edilib.

Qeyd edək ki, “Körfəz Klanı” narkotik ticarəti, xüsusilə kokain, qeyri-qanuni mədənçiliklə məşğul olan və həmçinin ölkə daxilində silahlı hücumlar təşkil edən cinayətkar qrupdur.


21 May 2024
Dünya

Putin Özbəkistana rəsmi səfərə yollanacaq

Rusiya Prezidenti Vladimir Putin ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

21 May 2024
Dünya

Avro ucuzlaşdı, lirə bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

21 May 2024
Dünya

Rusiyanın paytaxtı Moskvada yerləşən "Gran Plus" Ticarət Mərkəzində yanğın başlayıb.

21 May 2024
Dünya

İranda Rəisi və onunla birlikdə həlak olan hökumət üzvləri ilə vida mərasimi keçirilir

İranın müxtəlif şəhərlərində ölkə Prezidenti İbrahim Rəisi və onunla birlikdə helikopter qəzasında həlak olan hökumət nümayəndələri ilə vida mərasimləri keçiriləcək.